Cəmiyyət

Bakıda şortik festivalı keçiriləcək - FOTO

27 İyul 2015 13:39
43 Şərh     Baxış: 7 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə də şortik geyinənlərə dəstək kampaniyası keçirilir.

Avqustun 2-si Bakıda ilk dəfə şortikə həsr olunmuş yürüş festivalı keçiriləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Flashmob Azerbaijan" tərəfindən keçirilən festivalın əsas məqsədi şortik geyinən insanlara dəstək olmaqdır.

Təşkilatçıların verdiyi məlumata görə, yürüşdə hər kəs iştirak edə bilər. İştirakçılar festivala nə bric, nə qısa şalvarda, yalnız dizdən uzun olmayan şortda gəlməlidirlər.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilir. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək #MənŞortGeyinirəm haştaqları ilə paylaşımlar edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.