Cəmiyyət

Sinoptiklərdən XƏBƏRDARLIQ - YENİLƏNİB

27 İyul 2015 14:19
13 Şərh     Baxış: 9 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:19

Azərbaycanda isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ölkənin bəzi ərazilərində-Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasında ardıcıl isti havalar davam edəcək.

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə ediləcək. İyulun 28-də gündüz saatlarında havanın temperaturu 35-39, iyulun 29-da 35-38 dərəcə isti olacaq. Yaxın günlərdə ölkə ərazisində mülayim şimal küləyi üstünlük təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Havanın temperaturu Aran rayonlarında gündüz 35-40, dağlarda 27-33 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında gözlənilən temperatur iqlim normasına yaxındır. Ölkə üzrə isə hazırda müşahidə edilən və yaxın günlər üçün gözlənilən temperatur iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Baş hidroloq deyib ki, Bakıda və Abşeron yarımadasında iyulun I ongülüyndə bir qədər isti hava şəraiti müşahidə edilsə də, ümumilikdə iyul ayı ərzində elə güclü istilər olmayıb. İyulun II ongünlüyündə və III ongünlüyün əvvəlində qeyri-sabit hava şəraiti müşahidə edilib. Yalnız iyulun son günlərində yüksək temperatur qeydə alınıb ki, belə hava şəraiti də ötən illərdə müşahidə edilib.

---------

13:23

Sabah Bakıda havanın temperaturu 39 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.