Cəmiyyət

Bürclərə görə insanların xoşladıqları yeməklər

27 İyul 2015 14:54
8 Şərh     Baxış: 5 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qoç (21 Mart - 20 Aprel)

Tez-bazar yeməyə maraqlıdır. Sizin üçün təhlükə zəngləri çalır. Duz və spirtdən uzaq duraraq bunun yerinə bol-bol su için. Pomidor, kartof, soğan, quru paxla, mərci, gülkələm, kahı, yaşıl salat, ispanaq, turp, düyü, zeytun, alma, balqabaq, qoz kimi qidaları həftəlik bəslənmənizə əlavə edin.

Buğa (21 Aprel - 21 May)
Gələcəkdə kilolarınız çətinliyə səbəb ola bilər. Karbohidratlardan qaçının. Əks təqdirdə gombul bir adam olarsınız. Aşağı nişasta, yağ və şəkər olan bir pəhriz qidalanma həyatınızın lazımlı bir hissəsi olmalıdır. Təbii yod tərkibli qidalar, balıq və dəniz məhsulları, yumurta, qaraciyər, böyrək, ispanaq, çuğundur, təzə meyvə və yaşıl salatı seçin. Su sizin üçün həyatın vazkeçilməzi olmalıdır.

Əkizlər (22 May - 21 İyun)
Yemək yeyərkən tələsik hərəkət edirsiniz. Bu hərəkət sizin sağlamlığınızı təsirləyəcək hala gəlib. Yeməkləri çeynəmədən udmayın. Az, amma tez yeməyi prinsip halına gətirin. Sümüklərinizin sağlam olmasını istəyirsinizsə, sağlam bəslənin. Əkizlərdə qan laxtalanması sıx rastlanır, balıq, kərə yağı, kənd pendiri, yerkökü, portağal, şaftalı, ərik, üzüm şirəsi, kişmiş və badam qidalanma siyahınızda olmamalıdır. Sakitləşmək və dinc olmaq üçün şəfalı bitkilər və kofeinsiz çay sizə görə.

Xərçəng (22 iyun - 23 iyul)
Romantik olmağınız sizin qidalanma vərdişlərinizə də təsir edir. Üzüldükcə börək, keks, dondurma və şirniyyata sarılırsınız. Xərçənglər nişastalı yeməklərdən, şəkər, duz və ədviyyatlardan uzaq durmalıdırlar. Bədəniniz kalsiuma çox ehtiyac duyur. Aşağı yağ ehtiva edən süd, pendir və qatıq, buruq kələm, pomidor, salat və kahı, bol miqdarda təzə tərəvəz və yağsız zülal sizin dəri və mədə sağlamlığınız baxımından yaxşı olar.

Şir (24 iyul - 23 avqust)
Yemək sizin üçün sanki bir zövq halına gəlmiş. Qan dolaşımınızın nizamlı olması üçün mal-qara, quzu və ev heyvanlarının əti, qaraciyər, çiy yumurta sarısı, kərəviz, alma, əncir, şaftalı, limon və badam sizin üçün idealdır.

Qız (24 avqust - 23 Sentyabr)
Şirniyyat düşkünü deyincə siz ağla gəlirsiniz. Xüsusilə şokolad həyatınızın vazgeçilməzidir. Bu yeməklərdən uzaq durulmalıdır. Çünki ürəyinizdə problem meydana gətirə bilər. Duz, buğda, çovdar, yağsız mal və quzu əti, pendir, zeytun, portağal, limon, qovun, alma, armud sizin ideal yeməyinizdir. Qovun, alma, armud qismən dərinizi təmizləmək və saçlarınıza baxım təmin etmək üçün köməkçi olar.

Tərəzi (24 Sentyabr - 22 Oktyabr)
Tərəzi bürcündəkilər, göy noxud, qarğıdalı, kök, ispanaq, buğda, yulaf unu, alma, çiyələk, badam və quru üzüm həmişə əlinizin altında olmalıdır. Böyrəkləriniz üçün çox turşulu içkilərdən uzaq durun. İncə və zərif bir bədən üçün incə dilimlər faydalı olar.

Əqrəb (23 Oktyabr - 22 Noyabr)
Bürcünüz istehsal orqanlarını təmsil edir. Tənəffüs yolları problemləri yaşaya bilərsiniz. Bütöv buğda tərkibli çörəklər, balıq və dəniz məhsulları, salat, soğan, qırmızı turp, təzə meyvə və tərəvəzlər ehtiva edən bir pəhriz sizə görədir.

Oxatan (23 noyabr - 20 dekabr)
Bürcünüz ombalar, qıç üstləri və qaraciyəri təmsil edir. Təbii qidalanmaq üçün qabıqlı meyvələr və tərəvəzləri seçin. Bolca çiy tərəvəz, yaşıl bibər, kartof, əncir, quru ərik, çiyələk, alma, armud və dənəvər taxıl məhsulları yeməyiniz tövsiyə edilir.

Oğlaq (21 dekabr-18 yanvar)
Çalışqan bir quruluşunuz var və çalışarkən də fərqində olmadan öynələri ötürürsünüz. Halbuki bu sizin üçün çox zərərlidir. Bədəninizin vitamin və minerallardan ibarət geniş bir qida qarışığına ehtiyacı var. Kələm, kərəviz, yağsız ətlər, limon, portağal, inək südü, hər cür pendir, balıq, yumurta sarısı, buğda və incirlə aranızdakı münasibətlərin çox yaxşı olması lazımdır. Ərik, badam yeyərək quru və allergik meylli dərinizi canlandırın. Siqaret və siqaret tüstüsündən uzaq durun.

Dolça (19 yanvar - 20 fevral)
Bədəninizin davamlı C vitamininə ehtiyacı var. Yemək tərziniz yenilikçidir. Bu səbəblə müxtəlif ləzzətlər dadmaq sevirsiniz. Dəniz məhsulları, brokkoli, kök, turp, balqabaq, ispanaq, alma, şaftalı, limon, portağal, nar və ananas sizin üçün təbii qidalardır.

Balıq (20 Fevral-21 Mart)
Sərt və darıxdırıcı pəhrizlər sizə görə deyil. Yüksək zülallı, aşağı yağ və şəkər ehtiva edən pəhriz tətbiq etdiyiniz zaman özünüzü daha yaxşı hiss edərsiniz. Dəmir əksikliyi anemiya və aşağı təzyiqə səbəb olur. Pəhrizdə zəngin dəmir ehtiva edən qaraciyər, yağsız mal əti, quzu əti, yumurta sarısı, beyin, ispanaq, soğan, arpa, buğda, kahı, buğda çörəyi, quru paxla, alma, üzüm, limon, portağal, şaftalı, xurma, quru ərik və üzüm ilə cəfəri tövsiyə edilir.

Bizimyol.info

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.