Cəmiyyət

Azərbaycanda şəhərlərin bəlası kəndə "köçdü"

27 İyul 2015 12:43
11 Şərh     Baxış: 3 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda şəhər yerlərində rəsmi nikahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb, kənd yerlərində isə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən 25069, 2014-cü idə 25 486 uşaq doğulub. 2014-cü ildə belə uşaqların sayının nisbətən artmasına baxmayaraq, şəhər yerlərində rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanda şəhər yerlərində 10 892, 2014-cü ildə isə 9772 uşaq rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Kənd yerlərində isə rəsmi nikahda olmayan qadınlar tərəfindən 2013-cü ildə 14177, 2014-cü ildə 15714 uşaq doğulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.