Cəmiyyət

İmtahan nəticələri açıqlandı - YENİLƏNİB

27 İyul 2015 18:15
19 Şərh     Baxış: 6 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:15

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri ilə TQDK-nın internet saytı vasitəsilə və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15 841 nəfər II qrup üzrə, 13 749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 3, eləcə də III ixtisas qrupu üzrə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İBütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

----------

11:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarında elan etməyi nəzərdə tutur.

Komissiyadan Trend-ə verilən məlumata görə, nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olamayan abituriyentlər iştirak edə bilərlər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.