Cəmiyyət

"Çörəyimiz təndirdə qaldı..."

23 İyul 2015 13:47
7 Şərh     Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlaxdakı məcburi köçkün şəhərciyində məskunlaşan Cəfərovlar ailəsi erməni işğalından öncə Ağdamın Qalayçılar kəndində yaşayıb. Bu ailə də minlərlə soydaşımız kimi bədnam qonşularımızın işğalçılıq əməllərinin qurbanı olanlardandır. Ata-baba torpaqlarını ayaqyalın, başıaçıq tərk edən bu insanların  yaddaşında o günlərin acı xatirələri hələ də qalmaqdadır:

"Arvad guya çörək bişirirdi xəmir qatıb. Apardılar, kündəni yapdılar. Bir də gördük nə təhər tökdülərsə, çörək qaldı təndirdə. Evimizdə hər şey bol-bol, paltar, palaz, ayaqqabı... Hər şeyimiz var idi. Amma biz ayaqyalın gəldik. Camaat hamısı qarışmışdı bir-birinə", - deyə Ağdam sakini Binnət Cəfərov bildirib.

İndi ailənin yaşaması üçün hər cür şərait yaradılsa da onların ürəkləri hələ də Ağdamın həsrəti ilə döyünür. Sıxıntıları üçün də bir səbəb var - vətən həsrəti. 

"Bura da bizim vətənimizdir, ora da.Ona baxmayaraq, doğulduğumuz yerdir. Doğulduğu yer adama daha da şirin olur. Çünki ana vətəndir", - deyə Ağdam sakini Nail Cəfərov bildirib.

Hər kəs kimi Cəfərovlar ailəsi də hazırda erməni işğalı altında olan Ağdam və digər rayonların tezliklə azad olunacağını, doğma ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.