Cəmiyyət

“Nəbatat bağında yanğın olmayıb, foto ora aid deyil...”

7 İyul 2015 21:21
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəbatat bağında yanğın baş verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Orada heç bir yanğın baş verməyib".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat katibi Baba Əliyev AMEA Botanika İnstitutunun nəzdində olan Nəbatat bağında yanğın baş verməsi xəbərinə aydınlıq gətirərkən deyib.

O vurğulayıb ki, yanğın xəbərini Fövqəladə Hallar Nazirliyi də təsdiqləməyib: "Əgər yanğın olubsa, onda həmin yerə mütləq FHN əməkdaşları getməli idi. Nazirlik isə yanğın xəbərini təsdiqləməyib. İkincisi, yanğınla bağlı yayılan fotonu da araşdırdıq və məlum oldu ki, yanğın baş verən ərazi Nəbatat bağına aid deyil".

Mətbuat xidməti belə xəbərlərin yayılmasını Nəbatat bağına qarşı kampaniya kimi qiymətləndirir.

Qeyd edək ki, ötən gün və ondan öncə mətbuatda iyunun 22-də bağda yanğın baş verməsi və bir neçə ağacın yanması barədə məlumatlar yayılmışdı.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.