Cəmiyyət

İnsan alverinə yox deyək

7 İyul 2015 19:13
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az RTV-yə  (REGİON TV) istinadən bildirir ki, Quba  şəhərindəki Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Quba rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "İnsan alverinə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər  bu gün dünyanın ciddi probleminə çevrilən insan alverinin acı fəsadlarından, bu problemə qarşı mübarizənin aktuallığından danışıblar. Həmçinin çıxışlarda  insan alveri, onu yaradan səbəblər barədə ətraflı bəhs olunub, insan alverinə qarşı hamılıqla mübarizənin zəruriliyi vurğulanıb. Sonda insan alveri ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.