Cəmiyyət

Nazir 2 şöbə müdirini işdən çıxardı

7 İyul 2015 18:53
1 Şərh     Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 7-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib. 

Milli.Az APA-ya istinadən bildirir ki, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib.  
 
Sektor müdiri şöbənin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyəti və yoxlama zamanı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, musiqi və incəsənət məktəblərinin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
 
Məruzə dinlənildikdən sonra şöbə və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul edib. Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.
 
Şöbənin məsləhətçisinə, MKS-nin, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan olunub və nöqsanların aradan aldırılması üçün onlara 3 ay vaxt verilib.
 
Sonra Ağdam və Cəlilabad rayon mədəniyyət və turizm şöbələri ilə bağlı məsələyə baxılıb.
 
Nazir Ə. Qarayev hər iki rayonda aparılan yoxlamalar haqqında təqdim edilən arayışlarda şöbələrin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirib.
 
Müzakirələrdən sonra kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub.
 
Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.