Cəmiyyət

Bu rayonlarda qaz olmayacaq - SİYAHI

7 İyul 2015 18:01
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, iyulun 8-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Alatava" və "Sulutəpə", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Göyçay-1", "Göyçay-3", "Şəmsabad", "Qəbələ", "Dəhnəxəlil", eləcə də "Ağdaş" və Ağdam Magistral qaz kəmərləri sahəsinin "Bərdə", "Kətəlparaq", "Tərtər" və "Azadqaraqoyunlu", həmçinin Astara Magistral qaz kəmərləri sahəsinin "Ərçivan" Qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Ərçivan və Kijəba kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarının, eləcə də Bərdə, Tərtər, Ağdam, Ağdaş, Göyçay və Qəbələ rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.