Cəmiyyət

Bakı-Sumqayıt elektrik qatarı nə vaxt işə düşəcək?

7 İyul 2015 16:49
4 Şərh     Baxış: 4 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı ilə Sumqayıtı birləşdirəcək müasir elektrik qatarlarının istifadəyə verilməsinə çox vaxt qalmayıb.

Bu sözləri Milli.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, yeni dərs ili açılana qədər artıq elektrik qatarları istifadəyə verilmiş olacaq.

Mətbuat katibi bildirib ki, hazırda Bakı vağzalından "28 May" metro stansiyasının qarşısına birbaşa keçmək üçün tunel əsaslı təmir olunur. Burada iki tunel olacaq. Biri sərnişinləri Bakı-Sumqayıt elektrik qatarlarının işlədiyi platformaya, digəri isə şəhərlərarası və beynəlxalq qatarların işlədiyi platformaya aparacaq. Hazırda isə həmin tunellərdə təmir işləri gedir, turniketlər qurulur.

"Hazırda Bakı sərnişin stansiyasından ("28 May" metrosu) "Böyükşor" stansiyasına ("Koroğlu" metrosu) qədər dəmir yolunun kənarında çəpərləmə işləri həyata keçirilir. Rabitə, siqnalizasiya və elektrik təchizatı yenilənir. Köhnə dirəklər yeniləri ilə əvəz olunur. Bu elektrik qatarları elədir ki, burada gərək hər şey düz olsun. Düz olmayanda işləmir. Baş Sumqayıt stansiyasına girmədən Sumqayıt stansiyasına getmək üçün əlavə yol da tikilir. Hazırda torpaq yatağında işlər görülür", - deyə o əlavə edib.

Əzməmmədov deyir ki, Bakı ilə Sumqayıt arasında işləyən qatarlar gələcəkdə Abşeron ərazisində dairəvi hərəkət edəcək.

"Hələ ki, Bakı-Keşlə-Xırdalan-Güzdək-Sumqayıt xətti üzrə hərəkət edəcək. Gələcəkdə isə Zabrat, Pirşağı, Novxanı istiqamətindəki yol da təmir olunacaq və qatar həmin istiqamətdə hərəkət edəcək", - o vurğulayıb.

Qurum rəsmisinin sözlərinə görə, elektrik qatarlarına ödənişlər nəqliyyat üçün ümumi ödəniş kartı - "Bakı kart"la həyata keçiriləcək.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.