Cəmiyyət

Azərbaycanda bu adları heç sevmirlər- SİYAHI

7 İyul 2015 16:22
29 Şərh     Baxış: 11 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyi bu ilin 6 ayı ərzində Azərbaycanda doğulan uşaqlara ən az qoyulan qız və oğlan adlarının siyahısını açıqlayıb.

Nazirlikdən "Report"a bildirilib ki, iyulun 7-nə olan rəsmi məlumata əsasən, 2015-ci ildə dünyaya gələn qızlara ən az Aysel adı, oğlanlara isə ən az İlkin adı qoyulub.

Statistikaya əsasən, bu ilin ötən dövründə cəmi 82 qız uşağına Aysel adı verilib. Sonrakı yerləri isə Aişə (113), Günay (117), Gülər (115), Arzu (122), Aysun (145), Sevinc (146), Lalə (153), Banu (166), Nigar (183) adları tutub.

2015-ci ilin ən az qoyulan oğlan adları arasında birinci yerdə 91 nəfərlə İlkin adı qərarlaşıb. Sonrakı yerlərdə Röyal (99), Sübhan (116), Adəm (118), Fuad (120), Əkbər (137), Emin (147), Raul (166), Elmir (171), Elcan (182) adları gəlir.

Xatırladaq ki, bu ilin ötən dövründə doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Yusifdir. 1497 oğlan uşağına Yusif adı verilib. Qız adlarında isə Zəhra öndədir. 1472 körpəyə Zəhra adı qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.