Cəmiyyət

Obamanın dostu Azərbaycanda film çəkəcək

7 İyul 2015 15:05
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidentinin şəxsi dostu olan dünya şöhrətli reper Mişel Praz azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən sənədli film çəkmək məqsədilə ölkəmizə səfərə gəlib.

Axşam.az-ın məlumatına görə, o, bunu ANS-ə müsahibəsində söyləyib. Bildirib ki, ölkəmizdə qaçqınlar düşərgəsinə getdikdə, oradakı düşərgənin Haiti və ya Dominikan Respublikasındakı qaçqın düşərgələrindən fərqli olmadığını gördüm. Lakin bir məsələ var ki, burada hökumət dünyanın digər yerlərindən fərqli olaraq qaçqınlar üçün daha böyük işlər görüb. Mişel Praz ən çox bundan təsirləndiyini deyib. Hökumətin burada qaçqınlar üçün etdiyi işlərin əvəzsiz olduğunu vurğulayıb.
O bildirib ki, filmi çəkməkdə məqsədi dünyaya daha əvvəl eşidilməmiş bir əhvalatı çatdırmaqdır: 

"Bunu Qərbə göstərmək əsas məqsədimdir. İnsanların daha əvvəl haqqında bilmədiyi faktları dünyaya çatdırmaq istəyirəm. Mən özüm gördüyüm kimi".

Qeyd edək ki, Mişel Praza ANS-in Qızıl fondunda olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qaçqın düşmüş insanların taleyi ilə bağlı kadrlardan ibarət disk təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.