Cəmiyyət

Şirvandakı zavodda yaralanan daha bir nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib

7 İyul 2015 13:37
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Respublika Yanıq Mərkəzindən APA-ya verilən xəbərə görə, bu, 1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızıdır.
 
Mərkəzdən onu da bildiriblər ki, yaralıların hamısı reanimasiya şöbəsindədir, vəziyyətləri ağır olaraq qalır.
 
Qeyd edək ki, xəsarət alanlardan 3 nəfər - 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı və 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı dünən Respublika Yanıq Mərkəzinə gətiriliblər.
 
Xatırladaq ki, dünən Şirvandakı "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.