Cəmiyyət

Skype-ın dərdi nə idi?

7 İyul 2015 09:44
1 Şərh     Baxış: 2 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Skype şəbəkəsinin Azərbaycanda fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmayıb"

Bu sözləri Milli.Az-a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib.

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi heç bir məhdudiyyət qoymur. Əksinə, bu cür şəbəkələrin daha da inkişaf etdirilməsində, təkmilləşdirilməsində maraqlıdır", - deyə o əlavə edib.

Qurum rəsmisi deyib ki, ötən gün Azərbaycanda "Skype"ın işində problem yaranması ilə bağlı xəbərlərdən sonra məsələni araşdırıblar. Məlum olub ki, proqramın işinə mane olacaq heç bir problem yoxdur.

Milli.Az-a yazan mütəxəssislər isə bildiriblər ki, problem proqram təminatının yenilənməsi ilə bağlı olub. Skype proqramının yeni versiyasını yüklədikdən sonra problem aradan qalxır.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.