Cəmiyyət

Həm ziyarət, həm ticarət - VİDEO

6 İyul 2015 18:23
3 Şərh     Baxış: 2 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

RTV (REGİON TV) xəbər verir ki, yay mövsümündə regionun ən çox turist qəbul edən rayonlarından biri də Quba rayonudur. Rayonun ecazkar təbiəti burada tam təbii meyvələrin və digər qida məhsullarının kimyəvi qatqısı olmadan yetişməsi üçün şərait yaradır. Rayona gələn əcnəbi və yerli turistlər yol kənarında satılan və təbii yolla yetişdirilən meyvələri, o cümlədən bu meyvələrdən hazırlanan digər qida məhsullarını əldə edə bilər. Belə ki, turizm obyektlərinə gedən yolların kənarında müxtəlif meyvələrdən bişirilən mürəbbələr və  kompotlar alıcılara ucuz qiymətlərlə təklif olunur. Bu məhsullarla yanaşı meyvələr də satılır.

Yol kənarında çox rast gəlinən qida məhsullarından biri də səyyar şəkildə satılan baldır. Arıçılıqla məşğul olan təsərrüfatçılar bildirir ki, bu məhsullar tam təbii şəkildə əldə olunub. Balla yanaşı dağlarda bitən müalicəvi bitkilər də müştərilərə təqdim olunur. Turistlər üçün xüsusi dukanlarda 5 manatdan başlayaraq 50 manata qədər Quba rayonunun tarixi məkanlarını özündə əks etdirən suvenirlər əldə etmək mümkündür. Həmçinin gələn qonaqlar 10 manatdan 800 manata qədər dəyişən qiymətlərə əldə toxunma xalçalar da ala bilərlər.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.​
фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.