Cəmiyyət

Çimərlikdə təhlükə - XƏBƏRDARLIQ - VİDEO

6 İyul 2015 15:39
1 Şərh     Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TTV (Region TV) xəbər verir ki, Tovuzda çimərlik dedikdə daha çox dağ çayları nəzərdə tutulur. Belə çayların suyu təmiz, havası da sərin. Lakin bu çimərliklərə heç bir nəzarətin olmaması və ərazidə xilasedicilərin görünməməsi çaya çimməyə gələnlərin taleyini sual altında qoyur.

Əvvəla, dağ çaylarında istənilən vaxt sel təhlükəsi yarana bilər. Bundan başqa, bəzi çaylarda suyun səviyyəsinin aşağı olması, daş-kəsəklər və digər əşyaların suya atılması buranı əsl təhlükə mənbəyinə çevirir. Amma görünən odur ki, bu nəzarətsiz çimərliklərə gələnlərin sayı kifayət qədər çoxdur.

Ən təhlükəli vəziyyət  isə Kür çayındadır. Burada da nəzarət olunmayan ərazilərə üz tutanların sayı kifayət qədər çoxdur. Qapalı su hövzələrinə üstünlük verənlər də az deyil. Çünki belə çimərliklərə nəzarət olunduğundan hər cür şəraitlə təmin olunur. Həkimlərsə qapalı su hövzələrində insanları diqqətli olmağa çağırırlar. Çünki belə məkanlarda ani diqqətsizlik müxtəlif xəstəliklərin yaranmasına yol aça bilər. Beləliklə, təhlükəsizliyi təmin etmək üçün 2 yol qalır. Ya bu çimərliklərə nəzarət tətbiq olunmalı, ya da insanlar nəzarətsiz çimərliklərə getməməlidirlər. Hər halda sonuncu variant real görünmür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.