Cəmiyyət

6 ət kəsimi məntəqəsi bağlandı

6 İyul 2015 11:45
1 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hava şəraitinin istiləşməsi ilə əlaqədar Yevlax rayonu ərazisindəki ət kəsimi məntəqələrinə nəzarət artırılıb. Nəzarət işlərini şəhər üzrə iki baytar sanitar ekspertiza laboratoriyası həyata keçirir. Bundan başqa, rayonun Xaldan və Aran qəsəbələrindəki, eləcə də Xanabad kəndindəki ət kəsimi yerləri baytarlar tərəfindən vaxtaşırı yoxlanılır.

"Elə bir qidadır ki, istənilən anda onu satan adam qaydaları pozmağa çalışır, oradan gəlir əldə etmək üçün. Baytar həkimin də borcu odur ki, o qaydaları pozana qarşı ciddi mübarizə aparsın", - deyə Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov bildirib.

Yevlaxda son 6 ay ərzində həyata keçirilən yoxlamalar zamanı sanitar normaların pozulması halları da aşkarlanıb. Bununla bağlı qanun çərçivəsində addımlar atılıb.  Rayonun baş baytarının sözlərinə görə, 6 ət kəsimi obyektinin fəaliyyəti baytar sanitar normaların pozulmasını səbəbilə dayandırılıb. Vaqif Kərimov bildirib ki, hal-hazırda onlar fəaliyyət göstərmirlər. Ət kəsimi məntəqələrində yoxlamaların bundan sonra da davam etdiriləcəyi bildirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.