Cəmiyyət

Məmur öz balasının yüyənini buraxarsa, özü yanacaq - SORĞU

6 İyul 2015 11:10
3 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yüksək çinli məmurların övladlarının etdiyi özbaşınalıqlar ara-sıra ölkə gündəminə gəlir. Bahalı maşınlarla qayda pozanlar, polisin göstərişini heçə sayanlar, paytaxt küçələrini yarış meydanlarına çevirənlər cəmiyyətin diqqətindən yayınmır. Bu cür özbaşınalıqlar aysberqin görünən tərəfidir. Yəqin ki, cəmiyyətin görmədiyi də çox şeylər var.

Bəs dövlətə xidmət etmək üçün vəzifə verilmiş məmurlar övladları ilə niyə bacarmırlar? Digər tərəfdən öz övladını düzəldə bilməyən və ya düzəltmək istəməyən biri cəmiyyətdəki əyri-əskiklikləri necə aradan qaldıracaq? Öz ailəsi ilə bacarmayan şəxs bütöv bir dölət qurumunu necə effektiv idarə edə bilər ki?

Bütün yuxarıda sadalananları nəzərə alaraq Milli.Az saytı oxucuları arasında sorğu keçirib. Onlayn qaydada keçirilən "Övladlarının əməllərinə görə məmurlar cəzalandırılmalıdırlar?" adlı sorğuda 5912 nəfər iştirak edib. Cavablar verilərkən bir İP ünvanından yalnız bir səs qəbul olunub.

Respondentlərin 53.4%-i, yəni 3157 nəfər hesab edir ki, övladlarının əməllərinə görə məmurlar cəzalandırılmalıdırlar. Çünki valideyn övladının tərbiyəsinə cavabdehdir.

Respondentlərin  24.9%-i (1475 nəfər) hesab edir ki, problem qanunvericilik çərçivəsində həll olunmalıdır.

"Ata oğula görə məsuliyyət daşıya bilməz" deyənlərin sayı 10.9% (642 nəfər) olub.

Sorğunun ümumi yekunları aşağıdakı kimidir:

S/s

Cavab variantları

Nəticə
(%)

Nəticə
(nəfər)

1

Hə, çünki valideyn övladının tərbiyəsinə cavabdehdir 

53.4%

3157

3

Problem qanunvericilik çərçivəsində həll olunmalıdır 

24.9%

1475

2

Yox, ata oğula görə məsuliyyət daşıya bilməz 

10.9%

642

7

Qərbin təcrübəsinə ehtiyac yoxdur, öz yolumuzu seçməliyik 

4.9%

291

4

Qanunvericilikdə dəyişikliklər edilməlidir 

2.3%

137

5

Bilmirəm, tərəddüd edirəm 

1.8%

107

6

Qərb təcrübəsindən yararlanmalıyıq 

1.7%

103

Teymur Hacıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.