Cəmiyyət

Azərbaycanda ailə faciəsi: 1 ölü, 4 yaralı - FOTO

4 İyul 2015 23:52
0 Şərh     Baxış: 2 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda baş verən yol qəzasında bir ailənin 4 üzvü yaralanıb, biri isə ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Sabirabad polis şöbəsindən verilən məlumata görə, avtoqəza axşam saat 20.50-də, Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verib.
 
Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Hənifəyev Heybətin  idarə etdiyi "Mercedes" markalı 90 UF 115 dövlət nömrə nişanlı avtomobil, Axtaçı-Muğan kənd sakini, 1977-ci il təvəllüdlü Məhəmmədov Məhəmməd Şahin oğlunun idarə etdiyi VAZ 2107 markalı 99 AM 524 dövlət nömrə nişanlı avtomobillə toqquşub.  Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin, Axtaçı-Muğan kənd sakini 1975-ci il təvəllüdlü Mehdiyev Adəm Nüsrət oğlu xəstəxanaya aparılarkən yolda ölüb.
 
VAZ 2107 markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər -Axtaçı-Muğan kənd sakinləri, 1983-cü il təvəllüdlü Məhəmmədov Məhəbbət Şahin oğlu, 2009-cu il təvəllüdlü Məmmədli Şahin Məhəmməd oğlu və 1981-ci il təvəllüdlü Mehdiyev Namiq Böyükağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.