Cəmiyyət

Yeni Mətbuat evi istifadəyə verildi - FOTO

4 İyul 2015 16:48
Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə milli mətbuatımızın 140 illiyi ərəfəsində yeni Mətbuat evi istifadəyə verilib. Kəpəz TV (Region TV) xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində konfrans keçirilib. Tədbirdə Gəncə şəhəri ilə yanaşı Göygöl, Samux, Goranboy, Kəlbəcər, Xocalı, Ağstafa və digər rayonlardan nümayəndələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin baş meydanında ümummili lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra inşasına 2012-ci ildə başlanılan Mətbuat evinin açılışı olub. 460 kv.m. sahədə xüsusi layihə əsasında tikilən bu bina zirzəmi daxil olmaqla 5 mərtəbəlidir. Mətbuat evi müasir informasiya komunnikasiya texnologiyaları və sürətli internetlə təchiz olunub. Burada jurnalistlərin normal fəaliyyət göstərməsi üçün 30-a qədər otaq və 100 nəfərlik konfrans zalı var. Qərb regionunda ilk olan bu mətbuat evində müxtəlif mövzulu konfransların, görüşlərin, təqdimatların keçirilməsi üçün hər cür şərait yaradılıb. Mətbuat evi ilə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzində keçirilən konfransda milli mətbuatımızın inkişaf tarixindən və 1875-1877-ci illərdə nəşr olunan "Əkinçi" qəzetinin rolundan danışılıb. 

Konfransda milli mətbuatımızın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, mətbuat işçilərinin peşə bayramlarının keçirilməsi artıq ənənə halını alıb. 
Sonda ölkəmizdə jurnalistlərin normal fəaliyyəti üçün kifayət qədər qanunlar və hüquqi bazanın mövcudluğu qeyd olunub, milli-mənəvi dəyərlərimizin qorunmasında mətbuat işçilərinin sanballı tövfələrindən danışılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.