Cəmiyyət

Kişiləri ağladan ana

4 İyul 2015 19:40
8 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Qoşqar Salmanlı FB statusunda bu günlərdə yaşadığı belə bir hadisə haqqında yazib. İbrətli olduğu üçün oxucularımızla paylaşırıq.

"Hərbi xidmətdə bir yerdə xidmət etdiyim Həsən qardaşım uzun müddət yaşadığı Fransadan gəlib, kafelərin birində Həsənlə oturmuşuq. İçəri 60-70 yaşlı bir xanım girdi... Simasından nur yağırdı ananın....Əlində tutduğu köynəkləri satırdı... Fransada müəllim işləyən Həsən 20 avro pul çıxardıb xanıma verdi: "Buyur ana, pul sizindir..." Qadın duruxub, üzümüzə baxırdı. Pulu götürmədi: "Əgər istəyirsən bu maykalardan verim". Ehtiyac olmasa da, Həsən 5 mayka götürdü, yenə 20 avronu verdi... Qadın israr edirdi ki, mənə öz pulumuzla 10 manat verin. Mən halal pul qazanıram.. Gedənə yaxın dedi: "Oğul, mən bu yaşımda küçələrə oğlum üçün düşmüşəm... O Qarabağda iki ayağını itirib". Həsən bu nurlu ananın ünvanını istəsədə də, adının Sevil olduğunu deyən ana, ünvan vermədi. Gedəndə də 10 manatını alıb getdi... İnanın, elə dolmuşam, ağlamaq istəyirəm, özümü bu qədər aciz hiss etməmişdim... Həsənə baxdım, o ağlayırdı..."
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.