Cəmiyyət

Milli.Az-ı eşitdilər, bir can xilas oldu

3 İyul 2015 18:21
12 Şərh     Baxış: 2 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az-ın Facebook səhifəsinin "inboks"una gələn yardım istəyini geri çevirməməyimiz bir uşağın həyatının xilas olmasına kömək edəcək. 9 yaşlı Nigar bala serebral iflic xəstəliyindən əziyyət çəkirdi.

Ailəsinin imkanı yaxşı olmadığından onun müalicə xərclərini ödəyə bilmirdi.

Qeyd edək ki, "Medeks" klinikasının həkimi Vüsal Mahmudov əməliyyatın bütün xərclərini boynuna götürmüşdü. Lakin ailə Nigar balanın fizoterapiya xərci olan 2000 manatı ödəmək gücündə deyildi.  

Facebook səhifəmizdə paylaşdığımız elanı görən, adının açıqlanmasını istəməyən şəxs balaca qızcığazın fizioterapiya xərclərini boynuna götürüb. Nigar balaya yardım etdiyi üçün həmin şəxsə təşəkkürümüzü bildiririk. 

Ümüd edirik ki, vədinə əməl edib bir can xilas edəcək!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.