Cəmiyyət

BANM-in tələbələri SOCAR TTSİ-də təhlükəsizlik təlimi keçirlər - FOTO

3 İyul 2015 13:05
Baxış: 1 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft  Məktəbində (BANM) "Neft-qaz mühəndisliyi", "Kimya mühəndisliyi"  və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi"  ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi üçün  məqsədyönlü  və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanılıb. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində BANM-in I kurs tələbələri üçün təhlükəsizlik təlimi keçirilir.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, təlimdə BANM-in 4 qrup üzrə ayrılmış 123 nəfər tələbəsi iştirak edir. Onlar üçün SOCAR TTSİ-nin mütəxəssisləri tərəfindən "Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat" kursu təşkil olunur.  

Beynəlxalq standartlara cavab verən mərkəzdə təşkil olunan təlimdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatlar verilir. BANM-də üç ixtisas üzrə təhsil alan tələbələrə dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsi onların gələcəkdə istehsalatda işləyərkən bütün təhlükə anlarına hazır olmasına və onlar tərəfindən dənizdə insan həyatının mühafizəsi üzrə kompleks tədbirlərin görülməsinə, təcrübəli kadr kimi yetişmələrinə zəmin yaradacaq.  

Qeyd edək ki, BANM və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlıq haqqında  müqavilə çərçivəsində həyata keçirilən təlimlər Beynəlxalq standartlara uyğun və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələbləri çərçivəsində keçirilir. Təlimlərin yekununda BANM-in tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim ediləcək. Dəniz şəraitində təhlükəsizlik qaydalarını mənimsəmiş tələbələrə veriləcək sertifikatlar bütün dünyada qəbul edilir və gələcək məzunların karyera həyatında vacib rol oynayacaq.

Təlimlər iyulun 1-dən 9-dək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.