Cəmiyyət

Bakı Ali Neft Məktəbinin tələbələri "Azərkimya" İstehsalat Birliyində təcrübə keçəcəklər - FOTO

3 İyul 2015 12:26
1 Şərh     Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində "Azərkimya" İstehsalat Birliyində təcrübə keçəcəklər.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, bu məqsədlə BANM-nin tələbələri rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə "Azərkimya" İstehsalat Birliyində olublar.

Tədbiri giriş sözü ilə açan "Azərkimya" İstehsalat Birliyinin rəhbəri, millət vəkili Muxtar Babayev təcrübə müddətində tələbələr üçün istehsalat yönümlü proqram qurulduğunu deyib. O, Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsinin rəhbərliyini və tələbələrini "Azərkimya" İstehsalat Birliyində görməkdən məmnun olduğunu bildirdi. Muxtar Babayev gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə bu təcrübənin tələbələr üçün böyük rolu olacağını bildirib.

O, "Azərkimya" İstehsalat Birliyinin yaranmasından da söz açıb, görülən işlərdən danışıb və tələbələrə uğurlar arzulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov "Azərkimya" İstehsalat Birliyinin rəhbərliyinə səmimi qarşılanmaya və burada yaradılan şəraitə görə təşəkkür etdi. Rektor E.Qasımov istehsalat təcrübəsinin tələbələr üçün çox vacib olduğunu bildirdi. O, bu imkanın tələbələrin gələcək karyerasında ilk addım olduğunu deyib. E.Qasımov əmək bazarında rəqabətin müasir dünyanın ən vacib məsələlərindən biri olduğunu vurğuladı. O, tələbələrə bu imkandan yararlanmağı tövsiyə etdi və onlara uğurlar arzuladı.

Ümumilikdə, BANM-in 38 tələbəsi "Azərkimya" İstehsalat Birliyinin strukturlarında istehsalat təcrübəsi keçəcəklər. Onlardan 18 nəfəri isə 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçəcək. Belə ki, "Azərkimya" həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlayacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.