Cəmiyyət

Azərbaycanda narkomanların sayı açıqlandı

2 İyul 2015 23:48
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda 2014-cü ilin rəsmi statistikasına əsasən narkomanların ümumi sayı 28656 nəfər təşkil edib.

Onlardan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir".
 
Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva məlumat verib. L. Yolçiyevanın sözlərinə görə, onlardan 666 nəfəri anonim müalicə alanlar, 52 nəfəri isə toksikomanlardır.
 
L. Yolçiyevanın sözlərinə görə, ən çox narkotik vasitə Azərbaycanın cənub bölgəsində istifadə olunur: "Lənkəranda, Masallıda, Cəlilabadda narkoisfadəçilərin sayı daha çoxdur və onların yaş həddi də aşağıdır. İstifadəçilər arasında 12-13 yaşlı yetkinlik yaşına çatmayan məktəblilərə də rast gəlinir. Respublikamızda məktəbyaşlı uşaqlar arasında 14 yaşlı bir nəfər, 15-17 yaş həddində isə 5 nəfər, ümumi olaraq 6 nəfər narkotik istifadəçisi var. Azyaşlıların narkotikdən istifadə etməsi isə onların daha çox məlumatsız olmalarından irəli gəlir".
 
Səhiyyə Nazirliyinin 2014-cü ilin narkomanların sayına dair rəsmi statistikası ilə 2013-cü ilin narkomanlarla bağlı statistikasını müqayisə etdikdə görünür ki, ölkədə narkomanların sayı artan xətt üzrə inkişaf edir.
 
Xatırladaq ki, 2013-cü ildə rəsmi qeydiyyata alınmış narkomanların sayı 27 min 910 nəfər təşkil edib, 2011-ci ildə Azərbaycanda narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.
 
Statistika təsdiqləyir ki, ölkədə 2013-cü illə müqayisədə 2014-cü ildə narkoman qadınların da sayında artım baş verib. Belə ki, 2013-cü ilə rəsmi statistika ilə narkoman qadınların sayı 528 nəfər, ötən il isə 554 nəfər olub. Bu rəqəmlər göstərir ki, rəsmi olaraq narkoman qadınların sayında 26 nəfər artım var.
 
Azərbaycana tranzit ölkə olduğuna, Rusiyanın qara bazarlarına, Avropa ölkələrində satıldığına görə bizə ən çox narkotik İrandan və Əfqanıstandan gətirilir. Əfqanıstandan gətirilən narkotik Amerikaya, Avropa ölkələrinə, digər ölkələrə aparılır.
 
L. Yolçiyevanın sözlərinə görə, bu səbəbdən ölkəmizdə narkotik istifadəçilərinin mövcud olması real hadisədir.
 
Qeyd edək ki, narkomanların bəziləri müalicə üçün həkimə çox gec müraciət etdiklərinə görə, onlara kömək etmək çox çətin olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.