Cəmiyyət

Dünyanın qəhrəman kimi tanıdığı polisimiz danışdı - VİDEO

2 İyul 2015 23:22
21 Şərh     Baxış: 8 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan polisindən danışarkən Bakının Binəqədi rayonunda baş vermiş yanğın hadisəsini yada salmamaq olmur. Alovların içində qalan insanların xilas olunmasında iştirak etmiş iki polis əməkdaşlarını xatırlayaq. Prezident İlham Əliyev həmin əməkdaşları yüksək qiymətləndirdi. 3 nəfərin həyatını xilas etmiş Çevik Polis Alayının əməkdaşı, polis serjantı Qocayev Şahin Alı oğlu "Vətənə xidmət" ordeni ilə, qucağında körpə ilə qaçarkən çəkilmiş şəkil ilə Qərb mediasının qəhərmanı olan Elvin Abışovu isə "İgidliyə görə" medalı ilə təltif edib.

Milli.Axz anspress-ə istinadən bildirir ki, serjant Elvin Abışovu nəyinki bütün Azərbaycan,  hətta dünya bir foto ilə tanıdı. Üzündə heç bir qoruyucu maskası olmayan polis yanan binadan xilas etdiyi körpəni həkimlərə çatdırmağa çalışır. Və bu şəkil dünya mediasında günün fotosu kimi dərc edilir. Elvin Abışov - "Qəhrəman Polis". Qəhrəman, həm də ona görə ki, o həmin gün dumanların arasından bu körpə ilə yanaşı, Azərbaycan polisinin obrazını da xilas etdi.

"O anda iki körpə uşağım gözümün önünə gəldi. Bir nəfər mənə yaxınlaşıb dedi ki, mənim körpəm 6-cı mərtəbədə qalıb, uşaqlarım yanır, mənə kömək et. Bunu eşidən an sanki bir anlıq həyatım söndü. O an yaşayıb-yaşamadığım mənim üçün önəm daşımadı", - deyə Elvin Abışov bildirir.

"Mən polis kimi, vətəndaş kimi, borcumu yerinə yetirdim", deyir serjant.

"Biz polis orqanlarına qəbul olarkən and içmişik. Mən o anda sadiq qalaraq vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Polis əməkdaşı kimi, vətəndaş kimi hər an bu vətənin uğrunda canımdan və qanımdan keçməyə hazıram. Çünki böyüklərimizdən belə görmüşük", - deyə Elvin Abışov deyir.

Onun bu addımı dövlət tərəfindən qiymətləndirildi. Prezident Elvin Abışovu "İgidliyə görə" medalı ilə təltif etdi. Bu gün onunla yanaşı minlərlə polis əməkdaşı peşə bayramını qeyd edir.

Azərbaycan cəmiyyətində bu peşənin sahiblərinə münasibət heç də birmənalı deyil. Amma bu gün obrazlarında nə qədər mənfi çalar olur-olsun Azərbaycan cəmiyyətini, ümumilikdə ölkənin vəziyyətini polis olmadan təssəvvür belə etmək istəmir insan. 

Təkcə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə daxili işlər orqanları və daxili qoşunların şəxsi heyətindən 931 nəfər şəhid olub.

Şərəfli tarixdən keçən Azərbaycan polisinin fəaliyyəti bu gün dünya standartlarına uyğunlaşdırılır. Onların peşəkarlığı ildən ilə artırılır. Bəzən narazı olduğumuz məqamlarsa, Elvinin timsalında müsbətə doğru dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.