Cəmiyyət

Azərbaycanın ən məşhur polisləri - SİYAHI

2 İyul 2015 23:02
2 Şərh     Baxış: 5 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 24 mayında imzaladığı fərmana əsasən hər ilin 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ümumiyyətlə, bu peşə Azərbaycanda yetərincə populyar hesab olunur. Azərbaycanda məşhur şəxslər və onların övladları arasında da polis orqanlarında çalışanlar az deyil. Qeyd etmək yerinə düşər ki, polis orqanlarında çalışan məşhur şəxslər arasında idmançılar üstünlük təşkil edir.

Polis əməkdaşı olan məşhurlar və məşhur övladlarının siyahısını təqdim edirik.

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli artıq altı ildir ki, polis əməkdaşıdır. 2009-cu ildə Polis Akademiyasına qəbul olan Məmmədli hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektorudur.

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdur. 44 yaşlı idmançımız 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hazırda DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.

Azərbaycanın ən titullu samboçusu, doqquzqat dünya çempionuCeyhun Məmmədov12 ildir Sambo Federasiyasının prezidenti olmaqla yanaşı, polis polkovnik-leytenantı rütbəsi daşıyır. O da Namiq Abdullayev kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Tanınmış aktyor, "Planet Parni iz Baku" KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov 16 ildir ki, polis orqanlarında çalışır. 38 yaşlı İmanov hazırda polis polkovnik-leytenantıdır.

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov da polis orqanlarında çalışır. Ancaq onun hansı rütbə daşıdığını öyrənə bilmədik.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan da polis əməkdaşıdır. Tanınmış futbol hakimi, FİFA referisi Fariz Yusifov uzun illərdir polis əməkdaşıdır. O, hazırda polis kapitanıdır.

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.