Cəmiyyət

Əflatun Amaşov Marneulidə azərbaycanlı jurnalistlərlə görüşəcək

2 İyul 2015 22:57
0 Şərh     Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 3-də Gürcüstanda səfərdə olan Mətbuat Şurasının sədri Əflatun Amaşov azərbaycanlıların kompakt yaşadığı Marneulidə Milli Mətbuatımızın 140 illiyinə həsr olunan tədbirdə azərbaycanlı jurnalistlərlə görüşəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Görüşdə milli mətbuatımızın tarixi, qarşıda duran vacib məsələlər, söz və ifadə azadlığı çərçivəsində Azərbaycan jurnalistikasının inkişafı, Azərbaycan jurnalistlərinin I Avropa Oyunlarının işıqlandırılmasında əldə edilən müsbət təcrübələrdən və Gürcüstanda Azərbaycandilli jurnalistikanın problemlərindən söhbət açılacaq.
 
Tədbirdə Azərbaycan səfirliyinin rəsmiləri, Gürcüstan parlamentinin deputatları, Marneuli rayon icra hakimiyyəti və bələdiyyə rəhbərliyi, Gürcüstanda nəşr olunan Azərbaycandilli mətbuatda çalışan jurnalistlər və ziyalılar iştirak edəcəklər.
 
Qeyd edək ki, Əflatun Amaşov bu gün Tiflisdə Avropa Birliyinin təşkilatçılığı ilə söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.