Cəmiyyət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Uşaq festivalı" bayram şənliyi keçirilib - FOTO

2 İyul 2015 18:16
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 iyul, 2015-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki "Qaradağ" şadlıq evində uşaqlar üçün yay mövsümünün başlaması ilə əlaqədar "Uşaq festivalı" bayram şənliyi təşkil edildi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri, sağlamlıq imkanları məhdud olan uşaqlar, 9 saylı Xüsusi internat məktəbi, 6 nömrəli Uşaq Somatik Sanatoriyası və "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün iştirak etdiblər.

Tədbiri giriş sözü ilə açan T.İsmayılova bu gün ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qeyd etdi. Bildirdi ki, ulu öndərimizin xeyirxah əməlləri ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu dahi şəxsiyyətin humanist ideyalarını layiqincə yaşadır. Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan uşaqlarımız öz istedad və bacarıqları ilə dünya ölkələrini dolaşır, müxtəlif yarışlarda, şənliklərdə iştirak edirlər.

Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqların cizgi film qəhrəmanlarının, klounların göstərdikləri nömrələri maraqla izlədilər.

Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etdi.

Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.