Cəmiyyət

"Space"də biabırçı veriliş bağlandı - VİDEO - FOTO

2 İyul 2015 14:38
76 Şərh     Baxış: 15 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" televiziyasında 3 gün öncə qalmaqal baş vermiş proqramın bağlanması barədə qərar qəbul edilib. Bunu Trend-ə "Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.

İyunun 30-da "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.

Onun sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: "Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən "Günaydın" proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq".

Qeyd edək ki, iyunun 30-da "Space" televiziyasında efirə yayımlanan "Günaydın" verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.