Cəmiyyət

Azərbaycan polisinin 97 yaşı oldu - FOTO

2 İyul 2015 14:37
Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 97-ci ildönümünü qeyd edir.

Trend xəbər verir ki, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Nazirliyin Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanına gedərək "Əbədi Məşəl" abidəsini də ziyarət ediblər.

Daha sonra DİN-in Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Millət vəkillərinin, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, yerli icra, hüquq-mühafızə orqanları rəhbərlərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdiyi tədbirdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Sonra nazir Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisələr münasibətilə təbrik edib.

Mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Nazir, general-polkovnik Ramil Usubov təntənəli mərasimdə çıxış edərək polisin keçdiyi çətin və şərəfli yoldan danışıb, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaranmış mürəkkəb vəziyyət, daxili çəkişmələr, özbaşınalıq, hüquq mühafizə orqanlarının fəaliyyətsizliyi və bütün bunların məntiqi nəticəsi olaraq sabitliyin pozulmasının respublikamıza çox böyük zərbə vurduğunu, onu dağılmaq həddinə çatdırdığını bildirib: "Belə ağır vəziyyətdə xalqın təbbi ilə 1993-cü ilin iyununda respublikaya siyasi rəhbərliyə qayıdan milli lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi. Bu qayıdış digər sahələrlə bərabər, Daxili İşlər Nazirliyi sistemində də köklü dönüş mərhələsi oldu və sonrakı illərdə Polisin keçdiyi yolun şərəf tarixinə çevrilməsində müstəsna rol oynadı.

Ulu öndər fəaliyyətimizin qanunçuluq, xalqa və dövlətə sədaqət, milli maraqlara xidmət kimi prinsiplər üzərində qurulmasının möhkəm təməlini yaratdı, hüquqi əsaslarının müəyyən edilməsi üçün 34 qanun, 100-dən çox fərman və sərəncam imzaladı. Onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində uğurları təmin edən çox böyük işlər görüldü. Artıq 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəldi, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azaldı".

Nazir qeyd edib ki, həmin illərin başlıca yekunu Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran Heydər Əliyevin dövlətçiliyə xidmət məktəbini keçmiş Azərbaycan Polisinin formalaşması oldu və bu həqiqət öz ifadəsini ulu öndərin fəaliyyətimizə verdiyi dəyərdə tapdı: "İndi Azərbaycanda insanlar əmin-amanlıq, rahathq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin, ardıcıl surətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Eyni zamanda, hüquq mühafızə orqanlarının, о cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir".

R.Usubov bildirib ki, müstəqillik illərində polis və Daxili Qoşunlar asayişi və daxili təhlükəsizliyi cəsarətlə qoruyub, ən çətin anlarda Vətənə sədaqətlə xidmət ediblər: "Respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaətə və igidliyə görə 67 nəfər "Milli Qəhrəman" adına, 1143 nəfər orden və medallara layiq görülüb. Sonrakı illərdə də daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyəti gərgin olub. Тəkcə onu demək kifayətdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifəbrini yerinə yetirərkən 95 polis əməkdaşı həlak olub, 2514 nəfər xəsarət alıb".

Nazir qeyd edib ki, 2003-cü ilin oktyabnnda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub. Həmin ildən başlayaraq onun rəhbərliyi altında aparılan quruculuq işləri, islahatlar, xalqımız və dövlətimiz üçün çox mühüm olan lahiyəbrin reallaşması Daxili İşlər Nazirliyini, onun orqan və hissələrini də əhatə edib: "Məhz cənab Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövbt Proqramı əsasında Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilbşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafıəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görüldü. Ötən 12 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 421 fərman və sərəncam imzalandı. Nazirliyin büdcəsi 11 dəfə artdı, infrastrukturu yeniləndi, maddi-texniki bazası əsaslı surətdə təkmilləşdi. Struktur qurumlar, о cümlədən ərazi polis orqanları və Daxili Qoşunlar üçün 362 sosial obyekt tikildi, 4 mindən çox nəqliyyat vasitəsi alındı".

Daxili işlər naziri bildirib ki, ölkə başçısının vətəndaşlarımızın ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, qanunla qorunan hüquq və mənafebrinin etibarlı müdafiəsi barədə tələb və tapşırıqlarının icrası məqsədilə "102" zəng mərkəzi və "Təhlükəsiz Şəhər" sistemi, "qaynar xət"lər, veb-saytlar, habeb 40-dan çox informasiya resursu yaradılıb. "Korrupsiyaya qarşı mübarizəyə dair" Milli Fəaliyyət Planlarına müvafıq olaraq, orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülüb və bu gün də davam etdirilir: "Orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 3,1 dəfə artaraq cari ildə 80 faizə yüksəlib. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimizin rolu da əhəmiyyətli olmaqla xarici həmkarlarımız ilə yaranmış işgüzar münasibətlər tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafıq qurumları ilə 92 beynəlxalq sənəd imzalanıb.

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, о cümbdən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib. 2014-cü ildə və cari ilin ötən dövründə 65 mindən çox ərizə və şikayət araşdırılıb, Nazirliyin rəhbərliyi və struktur xidmətbri tərəfındən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub".

Оnun sözlərinə görə, Prezident İlham Əliyevin əvəzsiz dəstəyi, diqqət və qayğısı sayəsində Nazirlik sistemində gedən inkişaf proseslərinə paralel olaraq, xüsusi təyinatlı təhsil müəssisələrimiz də beynəlxalq təcrübəyə uyğun təkmilləşib. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında həlledici rol oynayan Polis Akademiyası bu gün ölkəmizin yüksək reytinqə malik ali təhsil ocaqlarından birinə çevrilib.

General-polkovnik Ramil Usubov beş il Polis Akademiyasında mükəmməl təhsil almış, müxtəlif biliklərə yiyələnmiş, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçmiş müdavimlərə aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq etmələrini, qabaqcıl təcrübədən yararlanmalarını, yenilikləri mənimsəmələrini, dünyagörüşlərini və peşəkarlıqlarını daim artırmalarını, xalqa sədaqətlərilə polis adını həmişə uca tutmalarını tövsiyə edib. О deyib ki, vətəndaşlarımız polisin peşəkarlığına, qətiyyətinə güvənir və öz hüquqlarının qorunmasını ona etibar edir.

Nazir Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə hər bir müdavimi, onların valideynlərini və yaxınlarını ürəkdən təbrik edib, bu təhsil müəssisəsinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini bildirib.

O, ictimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyinin ölkəmizin başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini xatırladaraq builki peşə bayramı ərəfəsində də ölkə Prezidentinin sərəncamları ilə 41 əməkdaşın orden və medallarla təltif ediidiyini, 3 rəhbər vəzitəli şəxsə ali xüsusi rütbəiər verildiyini diqqətə çatdırıb.

R.Usubov həmçinin Daxili İşlər Nazirliyinin I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirdiyini qeyd edib. O, ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat verib.

Daxili işlər orqanlarının fəaliyyətinə hər zaman göstərdiyi ali diqqət və qayğıya görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov əmin edib ki, şəxsi heyət qanunla müəyyən edilmiş funksiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı - andına sadiqliyi, xalqına, Vətəninə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov əlamətdar hadisələr - Azərbaycan Polisi günü və tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriklərini və ən xoş arzulannı mərasim iştirakçdarına çatdırıb. О qeyd edib ki, polis orqanları 97 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, müstəqilliyin, dövlətçiliyin qorunmasında və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmin olunması, ictimai qaydanın və təhlükəsizliyin etibarlı qorunması kimi çətin, məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.

Daha sonra Akademiyanı fərqlənmə ilə bitirmiş polis baş leytenantı Yusif Hüseynov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə Nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür edib və göstərilən yüksək etimadı doğruldacaqlarını bildirib.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş iki məzuna - Cavid Mirzəliyə və Yusif Hüseynova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Əlaçı məzun Şahin Qasımov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.