Cəmiyyət

15 gün işdə, 15 gün evdə olan insan oruc tutmalıdırmı?

2 İyul 2015 22:15
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rayonda yaşayan və Neft Daşlarında işləyən, 15 gün işdə, 15 gün evdə olan insan oruc tutmalıdırmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, əhli-sünnə məzhəbində üstün rəyə görə, səfərdə olan şəxsin namazları qəsrlə (ixtisarla) qılması və oruc tutmaması daha yaxşıdır. İslam.az-ın məlumatına görə, bu, mütləq mənada hökm deyil və əksi də - savabı az da olsa - icazəlidir. Cəfəri məzhəbinə görə, sözügedən şəxsin işdə olduğu müddət 10 günü keçdiyi üçün o, səfər hökmündən çıxmış sayılır. Üstəgəl, peşəsi səfər etmək olduğu və ayda səfər üçün nəzərdə tutulan limiti keçdiyi üçün çox səfər edən (kəsirüs-səfər) statusu ona şamil olur. Bu səbəblərdən həmin adam Neft Daşlarında işdə olduğu müddət boyunca orucunu tutmalı, namazı da bütöv qılmalıdır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.