Cəmiyyət

Hansı məhsullar halal sayılır?

2 İyul 2015 12:36
4 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Emal edilmiş qidaların hansı hallarda Azərbaycanda müsəlmanlar üçün halal sayılacağı ilə bağlı şərtlər açıqlanıb.

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən və iyunun 24-dən qüvvəyə minən "Halal qida. Ümumi rəhbəredici sənəd" dövlət standartına əsasən, islam qaydalarına görə, məmulatlar və ya onların komponentləri halal olmayan ünsür əks etdirməməli, məmulatlar islam qaydalarına görə halal olaraq qəbul edilməyən hər hansı bir miqdarda hər hansı bir maddə özündə birləşdirməməlidir.

Məmulat və komponentləri təhlükəsiz olmalı, halal olmayan vəsaitlərə dəyməmiş avadanlıq və vasitələrlə hazırlanmalı, işlənməli və ya emal edilməlidir.  Eyni zamanda hazırlama, istehsal, saxlanma və daşınma zamanı islam qaydalarına görə halal olmayan və yuxarıdakı şərtləri təmin etməyən qidalar digər vəsaitlərdən fiziki olaraq ayrılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.