Cəmiyyət

Həşərat sancmalarından necə qorunmalı?

1 İyul 2015 18:33
1 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonundakı istirahət mərkəzlərinin əksəriyyəti meşəlik ərazilərdə yerləşdiyindən bura gələn turistlər tez-tez həşərat dişləmələri ilə qarşılaşır. Ərazilərdə hər hansı xəstəliyin yayılmaması üçün istirahət mərkəzləri tərəfindən rayonun Gigeyena və Epidemiologiya Mərkəzinə müraciət edilir. Mərkəzin həkimləri istirahət zonalarında müvafiq dizenfeksiya işlərini aparır. Bu günə kimi rayonun əksər istirahət mərkəzlərində adıçəkilən tədbirlər görülüb.

RTV (Region TV) xəbər verir ki, meşəlik ərazidə istirahət edərkən açıq geyimlərdən istifadə etmək məsləhət görülmür. Çünki bu zaman ağcaqanad və milçəklərdən də təhlükəli olan gənələrin qurbanı ola bilərsiz. Gənə dişləməsi nəticəsində sinir sistemini, oynaqları, ürəyi zədələyən, bəzən isə ölümə səbəb ola bilən təhlükəli infeksion xəstəliklər inkişaf edə bilər. Gənələrlə yanaşı, milçəklər də bir sıra təhlükəli xəstəliklərin daşıyıcısıdır. Bizim təhlükəli saymadığımız ağcaqanadların dişləməsi isə insan həyatı üçün təhlükəli olan malyariya xəstəliyinə yoluxmaya səbəb ola bilər.

Otaq şəraitində isə həşəratlardan qorunmaq üçün qapı və pəncərəni müxtəlif torlarla bağlamaq məsləhət görülür. Bununla yanaşı, həşəratlara qarşı istifadə olunan dərmanlar da insan sağlamlığı üçün ziyanlı deyil. Qiyməti 10 qəpikdən başlayan belə peraparatları apteklərlə yanaşı, adi mağazalardan da əldə etmək olar. 

Milli.Az


"фото"
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.