Cəmiyyət

İstirahətə hara gedirsiz? - MÜZAKİRƏ

1 İyul 2015 17:00
34 Şərh     Baxış: 2 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq yayın ortasıdır. Azərbaycanlılar adətən iyul ayında məzuniyyətə çıxmağı sevirlər. Əksər hallarda iş yerlərində kimin iyul və ya avqust ayında məzuniyyətə çıxmağı gərgin müzakirə mövzusudur. Adətən də kollektivin ən güclü bəndləri istəklərini təmin edir və məhz bu ayda istirahətə çıxmaq haqqı əldə edirlər.

Odur ki, yay məzuniyyətlərinin əksər hissəsi indidən başlayır. Elə bu səbəbdən də məhz iyul ayının ilk günündə belə bir müzakirə açmağımız səbəbsiz deyil.

Ötən illərin təcrübəsi göstərir ki, azərbaycanlı turistlərin əksər hissəsi yay istirahəti üçün əsasən, qonşu Türkiyə və Gürcüstanı seçirlər. Daha imkanlı vətəndaşlarımız isə yay fəslini uzaq şərqdə - Sinqapur, Tailand və Malayziya kimi ölkələrdə keçirməyə üstünlük verirlər.

Yuxarıdakı məlumatlar ötən illərə aiddir. Bu il isə vəziyyət fərqli ola bilər. Ölkəmizdə yeni turizm obyektləri açılıb, infrastruktur təzələnib. Artıq xarici ölkələrdə vətəndaşlarımızın görə biləcəyi çox şeylər artıq ölkəmizdə də mövcuddur. Odur ki, builki mənzərə bir qədər dəyişə bilər.

Qeyd etdiklərimiz dəqiq məlumat deyil, ehtimallardır. Dəqiq məlumatı isə ilin sonunda turizm şirkətlərinin hazırlayacaqları hesabatlardan görmək olacaq.

İndiki halda, bizi məhz oxucularımızın hansı seçim edəcəyi maraqlandırır.

Bəs siz istirahəti harada keçirəcəksiniz?

Fikirlərinizi aşağıdakı şərh bölməsinə yaza bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.