Cəmiyyət

Kürdə təhlükə var? - RƏSMİ MÖVQE

1 İyul 2015 14:52
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kürdəki Ortaçala hidroelektrik stansiyasında sipərlərin açılması Kürün Azərbaycandan keçən hissəsində suyun səviyyəsinin ciddi şəkildə yüksəlməsinə səbəb olmayacaq. Bu barədə Trend-ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Kür çayında aprel-may aylarında müşahidə edilən gursululuq dövründən sonra hazırda səviyyə sabitdir: "Ola bilər ki, sipərlərin açılması ilə əlaqədar suyun səviyyəsi qalxsın. Amma bu, ciddi səviyyədə artım ola bilməz. Çünki Kürün səviyyəsi indi yüksək deyil".

Nazirlikdən deyilib ki, Gürcüstanda iyunun 13-də Kür çayında baş verən daşqın zamanı da Kürün Azərbaycan hissəsində suyun səviyyəsi aşağı olmuşdu: "Həmin zaman da artımlar Azərbaycana ciddi təsir göstərməmişdi. İndi də Kürdə gursululuq dövründən sonra "aşağı səviyyə" dövrü müşahidə edilir. Buna görə də hər hansı ciddi artımın baş verməsi gözlənilən deyil".

Xatırladaq ki, dünən Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi Kürdəki Ortaçala hidroelektrik stansiyasında suyun səviyyəsini minimuma endirmək üçün sipərləri açıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.