Cəmiyyət

Verilişi çəkənlərdən reaksiya: "Alimin nüfuzdan düşməsi heç kimin vecinə deyil" - VİDEO

1 İyul 2015 11:55
70 Şərh     Baxış: 11 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli efir məkanında növbəti biabırçılıq ötən gün yaşandı. Space telekanalında yayımlanan "Günaydın" verilişində müğənni Mətanət Əsədova ilə alim olduğunu iddia edən Əziz Musa adlı şəxs az qala əlbəyaxaya çıxdılar. Söyüşün biri də bir qəpikdən...

Canlı efirdə hər cür hadisə baş verə bilər. Ancaq bu cür biabırçı vəziyyətin canlı olmayan verilişdə nə cür efirə çıxmasını araşdırmağa çalışdıq. "Günaydın" verilişi əvvəlcədən çəkilmiş, məqsədyönlü şəkildə həmin anormal hadisə bütün Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdu.

Məsələ ilə bağlı Space telekanalı ilə əlaqə saxladıq. Kanaldan bildirdilər ki, həmin veriliş "SOY production" şirkətinə məxsusdur. Həmin şirkət efir vaxtını alaraq öz verilişini yayımlayır.

Şirkətin Vüsalə adlı redaktoru Milli.Az-ın əməkdaşı ilə telefon söhbətində iddia etdi ki, etik normalara zidd olan heç nəyi efirə verməyiblər. Onun sözlərinə görə, verilişdə çoxlarının iddia etdiyi kimi Əziz Musa müğənni Mətanətə "Sən küçə qadınısan" demişdi. Ancaq bu sözləri efirə çıxarmağı uyğun görmədikləri üçün efirə verməyiblər.

"Canlı olmayan verilişdə bu cür qeyri-etik görüntüləri efirə çıxarmaq nəyə lazım idi ki?" sualına şirkət rəsmisinin çox maraqlı reaksiyası olub. O, Milli.Az-ı qalmaqal yaratmaqda ittiham edib.

"Belə görüntülər Azərbaycanda alimi, ziyalını hörmətdən salır" sözlərinə isə Vüsalə xanım belə cavab verdi:

"Alimin nüfuzdan düşməsi heç kimin vecinə deyil. Bizim verilişimizin formatı belədir. Biz də istərdik ki, sosial-iqtisadi mövzular qoyaq, milli-mənəvi dəyərləri müzakirə edək. Belə verilişlərə baxılmır və buna tələbat yoxdur. Efirlər də bunu istəmir".

Şirkət rəsmisi qeyd edib ki, həmin görüntünü efirə verməyə bilməzdi.

"Biz verilişin çəkildiyi pavilyona icarə pulu veririk. Operatorlar da müəyyən vaxt çərçivəsində gəlib işləyirlər və vaxtları bitən kimi gedirlər. Həmin iki blok çəkilmişdi və yenidən çəkiliş edə bilməzdik. Digər bloklar da hazır idi. Biz istərdik ki, həmin dava olmasın deyə verilişi yenidən çəkək, ancaq bu mümkün olmadı", - deyə o əlavə edib.

Bu arada xatırladaq ki, Space televiziyasının efirində baş verən hadisə ilə bağlı Milli Televiziya və Radio Şurası da mövqeyini bildirib.  MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov deyib ki, "Space"dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var: "Düzdür, söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. "Space"dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir", - o qeyd edib.

Teymur Hacıyev
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.