Cəmiyyət

Əziz Musa: "Milləti talayır bu restoranlar" - "ŞEİR"

1 İyul 2015 09:50
39 Şərh     Baxış: 7 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space TV"də müğənni Mətanət Əsədova ilə böyük qalmaqal yaşayan Əziz Musanın şeiri yayılıb.

Milli.Az "Azadlıq radiosu"na istinadən həmin şeiri təqdim edir.

"Bu restoranlar"

Toylara xərclənir kasıbın varı,
Artıq gündən-günə dərdi azalır.
Pul çatmır maaşdan maaşa barı,
Daha söz-söhbətdən durulmur qanlar.
Milləti talayır bu restoranlar.

Fikri pulda qalır toy günü bəyin,
Dəvətnamə verir salam verdiyin.
Toyların əlindən neyləyək deyin,
Min oyundan çıxır toy aparanlar,
Milləti talayır bu restoranlar.

Düzülür süfrəyə min cürə salat,
Bilmirsən təzədir, yoxsa ki, boyat.
Ye ki, yeyəcəksən bir neçə saat.
Doymur pul-paradan bu qan sovuranlar,
Milləti talayır bu restoranlar.

Bildirçin qalmayır dərədə, düzdə,
Cibdən pul aparır deyilən söz də.
Kefimiz qalxanda coşuruq biz də,
Durub dingildəyir arsız cavanlar,
Milləti talayır bu restoranlar.

Balıq qoymadılar dənizdə, çayda,
Dünya nə haydadır, gör biz nə hayda.
Millətə tələdir, vallah, bu toy da,
Yüz oyundan çıxır bu pul yığanlar,
Milləti talayır bu restoranlar.

Çoxları şərikdi, yığılar paya,
Qarabağ elə bil köçüb Bakıya.
Biz müftə yeməyə gedirik guya,
Alır ağlımızı lüt-üryan canlar,
Milləti talayır bu restoranlar.

Hələ xınayaxdı, tanışlıq, söhbət,
Nişan, toy məclisi, ad günü, sünnət.
Bu nə ənənədir, bu nə adət,
Yıxdı evimizi yersiz oyunlar,
Milləti talayır bu restoranlar.

Bir deyən yoxdur ki, dayanın, bəsdir,
Bu nə musiqidir, bu necə səsdir.
Yenə dəvət gəldi, ürəyim əsdi,
Cibimi soyacaq canı yananlar,
Milləti talayır bu restoranlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.