Cəmiyyət

Bakıda yanan binadan son görüntülər - VİDEO

30 İyun 2015 21:14
2 Şərh     Baxış: 2 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 19-da Bakıda yanan 16 mərtəbəli yaşayış binası təmir edilir.
Ötən ay Binəqədi rayonunda yanmış 16 mərtəbəli binada təmir işləri sürətlə davam etdirilir. Artıq binada xeyli iş görülüb. Mənzillərin içərisində suvaq işləri tamamlanmaq üzrədir. Əməkdaşlarımız binanın son vəziyyəti ilə maraqlanıblar.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, binanın içərisində söküntü işləri tam olaraq başa çatdırılıb. Yəni köhnə arakəsmələr sökülərək yeni kərpiclər vasitəsi ilə hörülüb. Eyni zaman da otaqlara girdikdə görərik ki, burda suvaq işləridə tam başa çatmaz üzrədir. Onu da bildirək ki, bütün binada suvaq işlərinin yaxın iki gün ərzində başa çatdırılması gözlənilir.

Binanın elektrik xətləri də yeniləri ilə əvəzlənərək boru ilə əhatələnib. Otaqların tavan hissələrində də işlər sürətlə davam etdirilir. Burda yanmış, eyni zaman da köhnə tavan hissələri sökülərək yeni alçipanlarla əvəz olunur. Mənzillərdə su-kanalizasiya xətlərinin çəkilməsi işləri isə artıq başa çatdırılıb

Binanın fasadında isə suvaq işləri aparılır və bu işlər tamamlandıqdan sonra yeni üzlüklərin vurulmasına başlanılacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.