Cəmiyyət

Qürurla anıb, fəxarətlə xatırlatdığımız tarixin yadigarı - Cümhuriyyət muzeyi

30 İyun 2015 19:05
1 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həm qədim dövlətçilik ənənələrinə, həm də müasir idarəçilik mədəniyyətinə sahib olan Azərbaycanda istiqlaliyyət uğurunda mübarizə xalqımızın milli mücadiləsinin əsasını təşkil edib. Bu mücadilənin ön cəbhəsində isə gəncəli ziyalıların özünəməxsus yeri olub. Bir sözlə, Gəncənin. Kəpəz TV-nin (Region TV) əməkdaşı Cümhuriyyət muzeyindən reportaj hazırlayıb...

Azərbaycan tarixinin şanlı bir səhifəsi var. Azərbaycan Xalq Cümhuriyyəti adında. Cümhuriyyət muzeyi də həmin dönəmdən günümüzə çox dəyərli eksponatları gətirib çıxarıb.
Cümhuriyyət muzeyi 1985-ci ilin mayında yaradılıb. Vaxtilə bina Nazirlər Kabineti kimi fəaliyyət göstərib. Azərbaycan dilinin dövlət dili elan olunması, Milli ordumuzun yaradılması ilə bağlı fərmanın imzalanması, Gəncənin tarixi adının bərpası kimi qanunlara şahidlik edib. 

Burada olan hər bir eksponat Cümhuriyyət dövrü ilə bağlı bir tarixin açarıdır.

Şəhla Məmmədova, Cümhuriyyət Muzeyinin direktoru: "Muzeyin yaradılmasında məqsəd AXC-nin şanlı tarixinin çox kiçik bir hissəsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Eksponatlar o dövrün ab-havasını insanlara yaşadır. Fətəli xan Xoyskinin fəaliyyəti dövründə otaq necə olubsa, qorunub saxlanıb".

Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Şəfi bəy Rüstəmbəyli, Nəsib bəy Yusifbəyli kimi Gəncə əsilli ziyalılarımız gərəkli tarixin yazarlarıdır. Bu gün Cümhuriyyət muzeyində xatırlanan dahilərin ən böyük muzeyi isə elə tarixin özüdür. Bu gün qürurla anıb, fəxarətlə xatırlatdığımız tarixin...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.