Cəmiyyət

Bəylər bəyinin yaşadığı ev dağılır

30 İyun 2015 16:30
1 Şərh     Baxış: 2 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20-ci əsrdə hər kəsin Ərəş mahalının bəylər bəyi kimi tanıdığı Əşrəf bəyin Yevlaxın Yuxarı Qarxun kəndindəki evi indi tamamilə yox olmaq üzrədir.

Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, 19-cu əsrdə inşa edilən mülk yüksək keyfiyyətlə tikilsə də, bu gün öz bünövrəsi üzərində tab gətirə bilmir. Qırmızı kəpiclə tikilən, divarının eni 1 metrə çatan evin bir hissəsi artıq uçub. Sakin Məmməd Məmmədov bildirir ki, belə bir vəziyyətdə tarixi mülkün bərpasına və Əşrəf bəyə aid əşyaların toplanmasına ehtiyac var.

Yevlax şəhər Mədəniyyət və Turzim şöbəsinin baş məsləhətçisi Rafiq Məmmədov deyir ki, rayon ərazisindəki 7 mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülərək onlara inventar nömrəsi verilib. Əlavə olaraq, növbəti 7 abidə isə dövlət mühafizəsinə götürülmək üçün siyahıya alınıb. Bu abidələrin qorunması üçün təkliflər verilib. Bu siyahıda Əşrəf bəyin mülkü barədə konkret məlumat olmasa da, özü haqqında müəyyən bilgilər yer alıb.

Bir zamanlar Qafqaz İslam Ordusunun başında duran Nuru paşanın qonaq olduğu bu evin gələcək aqibəti haqqında isə yəqin ki, komissiya müəyyən bir nəticəyə gəldikdən sonra danışmağa dəyəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.