Cəmiyyət

Avropa oyunlarından sonra Bakı metrosunda DƏYİŞİKLİK

30 İyun 2015 15:53
1 Şərh     Baxış: 2 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Oyunları ilə əlaqədar bu günə qədər metro gücləndirilmiş iş rejimində çalışırdı. Ancaq yaxın günlərdə metro yay rejiminə keçəcək

Bu sözləri Milli.Az-a "Bakı Metropoliteni" ASC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, təxminən iyulun 10-dan etibarən metronun qrafiki dəyişəcək. Hazırda qatarlar arasındakı interval 2 dəqiqədirsə, yay rejiminə keçdikdən sonra interval 2.5 dəqiqə olacaq. İstirahət günlərində isə qatarlar arasında interval 3 dəqiqəyə qalxacaq.

Yay rejiminə keçdikdən sonra "28 may" - "Dərnəgül" xətti üzrə işləyən qatarların intervalı 5 dəqiqə təşkil edəcək.

"28 may" stansiyasından "Dərnəgül" və "İçərişəhər"ə gedən qatarlar keçəcək. Ona görə də interval 2.5 dəqiqə olacaq. "28 may" - "Dərnəgül" xəttində isə bu interval 5 dəqiqə təşkil edəcək", - o əlavə edib.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.