Cəmiyyət

Qadın oruclu halda məğrib azanından əvvəl...

30 İyun 2015 22:15
2 Şərh     Baxış: 2 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın oruclu halda məğrib azanından bir az əvvəl heyz olursa, həmin günün orucunu davam etdirməlidirmi? Həmin günün orucu sayılırmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, oruc sübh azanından məğrib azanına kimi davam edir və bu zaman kəsimində orucun bütün şərtləri qorunmalıdır. Əks halda oruc pozulmuş sayılar. İslam.az-ın məlumatına görə, qadının orucunun düzgün olmasının şərtlərindən biri də sübh azanından məğrib azanına kimi heyzli halda olmamaqdır. Əgər bu zaman kəsimində heyz olarsa, bütün günün orucu pozular. Hətta məğrib azanından beş dəqiqə əvvəl də heyz olarsa, həmin günün orucu batil sayılır. Heyz olduqdan sonra yeyib-içə bilər. Ramazandan sonra həmin günün orucu qəza edilməlidir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.