Cəmiyyət

Metroda nə vaxta kimi pulsuz hərəkət etmək olar?

29 İyun 2015 14:08
0 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 1-dən etibarən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) rəsmi akkreditasiyadan keçmiş şəxslər metrodan pulsuz istifadə edə bilməyəcəklər.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, BEGOC-da rəsmi akkreditasiyadan keçmiş şəxslər yalnız iyunun 30-u günün sonunadək metroda ödənişsiz hərəkət edə bilərlər: "İyulun 1-dən etibarən isə akkreditasiyalı şəxslərin metrodan pulsuz hərəkət hüququ qüvvədən düşəcək. Ona görə də həmin şəxslər də hamı kimi metroda ödənişli qaydada hərəkət etməlidirlər".

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar BEGOC-da rəsmi akkreditasiyadan keçmiş, eləcə də əlində bileti olub idman arenalarına gedən şəxslərə Bakı Metrpoliteninin xidmətindən pulsuz istifadə hüququ verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.