Cəmiyyət

Bakıya giriş qadağası bitdi

29 İyun 2015 11:23
3 Şərh     Baxış: 2 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən artıq İlk Avropa Oyunları ilə əlaqədar rayon maşınlarının Bakıya daxil olmaq qadağası bitib.

Milli.Az xəbər verir ki, rəsmən bu, elan edilməsə də, şəhər ətrafında qurulmuş postlar artıq yığışdırılır. Artıq şəhərə şimal istiqamətindən gələn maşınları nömrəsindən asılı olmayaraq Bakı şəhərinə buraxırlar.

Şəhərə Zabrat yolu istiqamətindən gələn maşınlara da artıq məhdudiyyət qoyulmur. Bütün rayon maşınları asanlıqla şəhərə daxil ola bilir.

Buna baxmayaraq Bakıya giriş qadağası hələ də rəsmən qüvvədədir. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yerli mətbuata açıqlamasında I Avropa Oyunları zamanı tətbiq edilən məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyini bildirib.

Xatırladaq ki, iyunun 12-dən 28-ə qədər Bakıda ilk Avropa Oyunları keçirilib. Avropa əhəmiyyətli tədbirin keçirilməsi müddətində nəqliyyat sıxlığının qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədi ilə bəzi qadağalar tətbiq edilmişdi. Bu qadağalardan biri də rayon dövlət qeydiyyat nişanlı avtomobillərin Bakıya buraxılmaması idi. Həmin avtomobillər üçün şəhər ətrafında xüsusi dayanacaqlar yaradılmış, əyalətlərdən gələn insanların paytaxta daxil olması üçün xüsusi marşrut avtobusları ayrılmışdı.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.