Cəmiyyət

Qadağa bitdimi?

29 İyun 2015 09:52
14 Şərh     Baxış: 2 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlanmış, nəqliyyatın hərəkəti müəyyən qədər məhdudlaşdırılmışdı. İyunun 1-dən başlayaraq isə rayon qeydiyyatında olan nəqliyyat vasitələri paytaxta buraxılmayıb. Artıq I Avropa Oyunları yekunlaşdı. Maraqlıdır, bu gündən etibarən məhdudiyyətlərə son qoyulacaqmı, yoxsa hazırkı vəziyyət bir neçə gündə davam edəcək?

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Yeni Müsavat"a açıqlamasında I Avropa Oyunları zamanı tətbiq edilən məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyini bildirdi: "Şəhərimizə gələn qonaqların tarixi abidələr və mədəniyyət ocaqları ilə, eləcə də şəhərimizlə yaxşı tanış olmaları üçün biz mümkün olan şəraiti yaratmalıyıq. Bununla bağlı ola bilsin ki, bəzi məhdudiyyətlər tətbiq edilsin. Əlavə məlumat verəcəyik. Sürücülərimiz bilməlidir ki, hələ ki, iyulun 1-dək  nəqliyyat vasitələrinin hərəkətində nəzərdə tutulmuş məhdudiyyətlər, eləcə də Avropa Oyunları üçün çəkilmiş zolaqlarla digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.