Cəmiyyət

“Vətənpərvərlərimiz”

28 İyun 2015 21:15
2 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli televiziya kanallarımızın efirində maraqlı mənzərə ilə qarşılaşmışam. Belə ki, səhnəyə çıxan adamın nəyi bacarması qalmışdı bir yana, adı Əsgər, soyadı Millətov olduğu üçün o qədər alqışladılar ki... nədi-nədi adı Əsgər, soyadı Millətovdur. Düzdür, millətimizin, gecə-gündüz, qarda-boranda, qızmar istidə vətənimizin keşiyində duran əsgərlərimizin şərəfinə nə qədər alqış yağdırsaq, yenə də azdır. Amma bir insanın adının Əsgər, soyadının Millətov olması onun qəhrəman kimi alqışlanmasına əsas vermir. 

İdman yarışlarında da həmçinin. Bir erməni idmançıya qalib gəlməyimiz bütün ölkə gündəmini zəbt edir, ona uduzmağımız da həmçinin. Sual olunur: "Güləşdə, karatedə və s. erməni idmançı ilə fransız, rus, alman və digər millətin təmsilçilərinə qalib gəlməyin fərqi nədir? Və ya gürcü idmançıya uduzmağın erməniyə uduzmaqdan nəsə üstünlüyü varmı? Erməni güləşçini yıxmaqla Qarabağımız gerimi qayıdır? -Xeyr. Eləcə də bir erməni güləşçiyə uduzmağımız nəyisə itirməyimiz demək deyil. Bu bir reallıqdır ki, yarış meydanında güclü tərəf qalib olur. Və nəticə qalib gələnin vətənpərvər olması, uduzanın satqın olması anlamına gəlmir. I Avropa Oyunlarında erməni idmançıya uduzan həmyerlimiz Həsən Əliyev "vətənpərvər" insanlarımız tərəfindən az qala təhqir olundu. Amma həmin görüşdən məğlub ayrılan Həsən Əliyevin insanlarımız, bayrağımız olan arenada başıaşağı durması, əsl vətənpərvərlik nümunəsi idi. İdmançımız öz timsalında bir azərbaycanlı gəncinin məğlubiyyəti ilə barışa bilmirdi.

Təəssüf ki, I Avropa Oyunlarının imicinə həmyerlilərimiz arasında da kölgə salmağa cəhd edənlər var.

Ötən gün görüşdüyüm Avstraliyanın "Hürriyyət" qəzetinin I Avropa Oyunları ilə bağlı Bakıya ezam olunan müxbiri İrfan Uğurun adıçəkilən yarış, ölkəmiz və Bakı haqqında fikirlərini olduğu kimi təqdim edirəm: "Dünyanın bir çox ölkələrini gəzmişəm. Azərbaycanda isə ilk dəfədir oluram. Ölkənizə ayaq basana kimi, Azərbaycanı İran tipli bir ölkə zənn edirdim. Gördüklərim isə açığı, məni çox təəccübləndirdi. Bakını inkişaf etmiş, müasir, gözəl şəhər olaraq görmək məni çox sevindirdi. Bakı qədimlik və müasirliyin vəhdətindən doğan şəhərdir. I Avropa Oyunları ilə bağlı Mingəçevirdə də oldum. Mingəçevir də gözəldir. İlk dəfə Azərbaycanda keçirilən I Avropa Oyunları çox əhəmiyyətli tədbirdir. Az vaxtda ölkəniz bu oyunlara çox yüksək səviyyədə hazırlaşıb. I Avropa Oyunları ilə Azərbaycan özünü yüksək idman infrastrukturu olan ölkə kimi də dünyaya tanıtdı. Bu isə ölkənizin beynəlxalq imicinin artması üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan gözünüzün önündə inkişaf etdiyi üçün əldə olunan uğurlar sizlər üçün adi görünə bilər. Amma ölkənizə gələn jurnalistlər, idmançılar, turistlər Azərbaycanda görülən işlərə, əldə olunan uğurlara daha obyektiv qiymət verə bilirlər. Azərbaycan sürətlə inkişaf edən və gözəlləşən bir ölkədir". Bu sözlər I Avropa Oyunlarının ölkəmiz haqqında İrfan Uğurun timsalında idmançılarda, turistlərdə, jurnalistlərdə formalaşdırdığı müsbət təəssüratın təzahürüdür. Bu isə o deməkdir ki, I Avropa Oyunlarını keçirməklə qazandıqlarımız itirdiklərimizdən dəfələrlə çoxdur.

Təsadüfi deyildir ki, dünyanın görməli yerləri üzrə soraq kitabçaları buraxılışı üzrə ixtisaslaşan "Lonely planet" nəşriyyatının hazırladığı və nəticəsini dünən açıqladığı Avropanın ən maraqlı məkanları siyahısında Bakının adı 7-ci yerdə qeyd olunub. 
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.