Cəmiyyət

"Şeyxüt-taifə" hansı alimin ləqəbidir?

18 Aprel 2015 22:19
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, tarixdə "Tusi" ləqəbi ilə tanınan iki məşhur alim olub. Onların hər ikisinin adı Məhəmməd, künyəsi Əbu Cəfərdir. Bu iki alimi bir-birindən ayırmaq üçün mənbələrdə onlara fərqli ləqəblər vermişlər. Alimlərdən biri XIII əsrdə yaşamış məşhur ilahiyyat alimi, astronom, riyaziyyatçı, dövlət xadimi, Marağa rəsədxanasının təsisçisi Nəsirəddin Tusidir.

Dini kitablarda onu çox zaman "Xacə Tusi" ləqəbi ilə yad edirlər. İkinci Tusi isə XI əsrdə yaşamış görkəmli şəriət və hədis alimidir. O, cəfəri məzhəbinin 4 mötəbər hədis məcmuəsindən ikisinin - "Təhzib əl-ehkam" və "İstibsar" kitablarının, irihəcmli "Tibyan" təfsirinin, eləcə də, müxtəlif dini mövzulara həsr olunmuş onlarla əsərin müəllifidir. Cəfəri məzhəbinin inkişafındakı müstəsna xidmətlərinə görə ona "şeyxüt-taifə", yəni məzhəbin şeyxi ləqəbini vermişlər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.