Cəmiyyət

Polisi qətlə yetirən azərbaycanlının həbsini istənilir

30 May 2015 21:54
1 Şərh     Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva şəhər Çertanovski rayon məhkəməsi yaxın vaxtlarda polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Nemət Rəşidovun həbsi barədə məsələni nəzərdən keçirməyə başlayacaq.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
"Müstəntiqin müvafiq vəsatəti artıq məhkəməyə daxil olub. Saxlanılan şəxsin özü də, məhkəmə iclasında iştirak etmək üçün gətirilib", - deyə məlumatda bildirilir.
Moskvada altı ildir yaşayan Azərbaycan sakini Rəşidov artıq cinayəti törətdiyini etiraf edib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi Anatoli Yakunin jurnalistlərə açıqlamasında bildirib ki, Cinayət Axtarış İdarəsinin əməkdaşları Nemət ilə cinayətdə əlbir olan şəxslərin axtarışını davam etdirir.
"Hazırda ona (Rəşidova) qarşı İstintaq Komitəsində ittiham irəli sürülür, bu altı ildir Moskva ərazisində yaşayan Azərbaycan sakinidir. Onun rəsmi olaraq nə iş gördüyü barədə hələ ki, məlumatımız yoxdur, lakin daha çox onun bu illər ərzində mütəşəkkil cinayətkar qrupun tərkibində kriminal fəaliyyətlə məşğul olması fərziyyəsi üzərində dayanırıq.
Hazırda onunla quldurcasına basqın törədən bütün şəxslərin müəyyən edilməsi üçün istintaq və əməliyyat hərəkətləri aparılır", - deyə Yakunin bildirib.
Qeyd edək ki, mayın 27-də Moskva polisi içərisində ehtimal edilən cinayətkarın olduğu "Qazel"i təqib etməyə başlayıb. Maşını saxlayan zaman kişi polisə hücum edib və ona üç bıçaq zərbəsi endirib. O, daha sonra meşəyə qaçıb. 22 yaşlı polis əməkdaşı aldığı bıçaq yaralarından hadisə yerində keçinib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.